Almaniyada koronavirusa yoluxanların sayı 166 mini ötdü

Almaniyada koronavirusa yoluxanların sayı 166 mini ötdü Almaniyada ötən sutkada 1 284 nəfərə koronavirus diaqnozu qoyulub.
Digər ölkələr
7 May , 2020 09:14
Almaniyada koronavirusa yoluxanların sayı 166 mini ötdü

Almaniyada ötən sutkada 1 284 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 166 091-ə yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 123 nəfər artaraq 7 119-a çatıb.

Məlumata görə, ölkədə indiyədək koronavirusdan sağalanların sayı 139 mini ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi