Almaniya və İtaliyada koronavirusa yoluxanların sayı artır

Almaniya və İtaliyada koronavirusa yoluxanların sayı artır Almaniyada son 24 saat ərzində yeni növ koronavirusa yoluxma ilə bağlı 10 yeni hal qeydə alınıb.
Digər ölkələr
27 Fevral , 2020 13:38
Almaniya və İtaliyada koronavirusa yoluxanların sayı artır
google.az

Almaniyada son 24 saat ərzində yeni növ koronavirusa yoluxma ilə bağlı 10 yeni hal qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Belə ki, hazırda 5 nəfər Şimali Reyn-Vestfaliyadakı xəstəxanalardadır. Onlar bu və ya digər şəkildə bir-biri ilə ünsiyyət qurublar. Virusa yoluxanlardan birinin - 47 yaşlı kişinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Yoluxanlardan biri Reynald Pfaltsedə və dördü isə Baden Vürtemberqdəki xəstəxanalardadır. Baden Vürtemberqdəkilərin ikisi evli cütlükdür. Onlar İtaliyada istirahət edərkən virusa yoluxublar.

Almaniyada ümumilikdə təxminən 30 yoluxma hadisəsi qeydə alınıb. Dünən ölkənin Səhiyyə naziri Yens Şpan Almaniyada koronavirus epidemiyasının başlandığını elan edib.

İtaliyada isə yeni növ koronavirusa yoluxanların sayı artaraq 474 nəfərə çatıb. Ən çox yoluxma halı (305 nəfər) ötən həftənin sonunda koronavirusun yayılmasının yerli mərkəzinə çevrilən Lombardiya bölgəsindədir. Dünən əyalətin qubernatoru Attilio Fontana “Facebook”da efirdə işçisinin koronavirusa yoluxması təsdiqləndiyinə görə iki həftə karantində olacağını elan edib. Eyni zamanda, Lombardiyanın başçısı yoluxmadığını söyləyib.

Lombardiya əyalətində Lodi şəhəri yaxınlığındakı 10 şəhər və qonşu Veneto əyalətindəki bir şəhər tam təcrid vəziyyətindədir.

Son xəbərlər

Orphus sistemi