Donald Tramp: "ABŞ təhlükə yaranacağı təqdirdə, KXDR-i tamamilə məhv etmək məcburiyyətində qalacaq"

Donald Tramp: "ABŞ təhlükə yaranacağı təqdirdə, KXDR-i tamamilə məhv etmək məcburiyyətində qalacaq" "Rəsmi Pxenyan özünü məhvetmə siyasətini həyata keçirir"
Digər ölkələr
19 Sentyabr , 2017 19:10
Donald Tramp: ABŞ təhlükə yaranacağı təqdirdə, KXDR-i tamamilə məhv etmək məcburiyyətində qalacaq

Bakı. 19 sentyabr. REPORT.AZ/ "ABŞ özü və ya müttəfiqləri üçün təhlükə yaranacağı təqdirdə, Şimali Koreyanı tamamilə məhv etmək məcburiyyətində qalacaq".

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının ümumi müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar böyük güc və dözümlülüyə sahibdir: "Lakin özümüzü və müttəfiqlərimizi müdafiə etməli olsaq, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa çıxış yolumuz qalmayacaq".

ABŞ prezidenti qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) özünü məhvetmə siyasətini həyata keçirir.

O, BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı yeni sanksiyalarını dəstəklədiyinə görə Rusiya və Çinə minnətdarlığını bildirib və bu səylərin intensivləşdirilməsinin vacib olduğunu söyləyib. 

Son xəbərlər

Orphus sistemi