Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ-ın Kuba ərazisindəki hərbi bazasının ərazisində yerləşən Quantanamo həbsxanası bağlanacaq.
"Report" xarici KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin təmsilçisi Tom Krosson bildirib.
Onun sözlərinə görə, hazırda həbsxanada 91 məhbus var.
Qeyd edək ki, bu həbsxana 2002-ci ildə ABŞ Əfqanıstanda "əl-Qaidə"yə qarşı əməliyyatlara başlayandan sonra yaradılıb. Üçüncü ölkədə terrorçuluqda şübhəli bilinənlər Quantanamoda saxlanılıblar.
ABŞ prezidenti Barak Obama bu həbsxananın bağlamaq istəsə də, Konqresdən icazə ala bilməyib.