​ABŞ-ın Kubadakı həbsxanası bağlanacaq

​ABŞ-ın Kubadakı həbsxanası bağlanacaq Üçüncü ölkədə terrorçuluqda şübhəli bilinənlər orada saxlanılıblar
Digər ölkələr
23 Fevral , 2016 13:30
​ABŞ-ın Kubadakı həbsxanası bağlanacaq

Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ-ın Kuba ərazisindəki hərbi bazasının ərazisində yerləşən Quantanamo həbsxanası bağlanacaq.

"Report" xarici KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin təmsilçisi Tom Krosson bildirib.

Onun sözlərinə görə, hazırda həbsxanada 91 məhbus var.

Qeyd edək ki, bu həbsxana 2002-ci ildə ABŞ Əfqanıstanda "əl-Qaidə"yə qarşı əməliyyatlara başlayandan sonra yaradılıb. Üçüncü ölkədə terrorçuluqda şübhəli bilinənlər Quantanamoda saxlanılıblar.

ABŞ prezidenti Barak Obama bu həbsxananın bağlamaq istəsə də, Konqresdən icazə ala bilməyib. 

Son xəbərlər

Orphus sistemi