Yuxarı

ABŞ İraqda daha bir hərbi baza yerləşdirib

ABŞ İraqda daha bir hərbi baza yerləşdirib
Hərbi baza Ərbil şəhərindən 40 kilometr məsafədə yerləşir
© Haber7.com.tr

Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ İraqın Ərbil şəhərinin Mahmur rayonunun şərqində hərbi baza yerləşdirib. 

"Report" "Haber7"yə istinadən xəbər verir ki, məqsəd Kərkük vilayətinin Havicə rayonunu İŞİD terror qruplaşmasından təmizləmək üçün əməliyyatlara başlayan İraq ordusuna və peşmərgələrə dəstək olmaqdır.

Hərbi baza Ərbil şəhərindən 40 kilometr məsafədə yerləşir. ABŞ artıq Kayyara hərbi bazasındakı hərbi avadanlıqların əksəriyyətini Mahmura köçürüb. Bazada xeyli sayda ağır zirehli texnika, top, pilotsuz təyyarələr var. 

Qedy edək ki, ABŞ 2016-cı ilin martında Mosulun İŞİD terror qruplaşmasından təmizlənməsi əməliyyatı zamanı da Kayyara hərbi bazasını qurub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi