Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ Silahlı Qüvvələri Rəislərin Birləşmiş Komitəsinin sədri general Martin Dempsi İraqa əvvəlcədən elan etmədən səfər edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, M.Dempsi Bağdada "İslam Dövləti" qruplaşmasına qarşı İraq və kürd qoşunlarına dəstəyin artırılmasını müzakirə etmək üçün gəlib.
"Mən İŞİD ilə mübarizədə işlərin nə yerdə olduğunu öyrənmək istəyirəm" - deyə, general Bağdad Hava Limanında "Reuters"ə müsahibəsində bildirib.
Bir müddət əvvəl Dempsi İŞİD ilə mübarizədə İraq qoşunlarının əməliyyatlarında iştirak edəcək az sayda amerikalı hərbçilərinin İraqa göndərilməsini mümkün olduğunu söyləyib.