Yuxarı
    Bağlamaq

    ABŞ generalı İŞİD-lə mübarizə üzrə məsələləri müzakirə etmək üçün İraqa gedib

    Mən İŞİD ilə mübarizədə işlərin nə yerdə olduğunu öyrənmək istəyirəm

    Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ Silahlı Qüvvələri Rəislərin Birləşmiş Komitəsinin sədri general Martin Dempsi İraqa əvvəlcədən elan  etmədən səfər edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, M.Dempsi Bağdada "İslam Dövləti" qruplaşmasına qarşı İraq və kürd qoşunlarına dəstəyin artırılmasını müzakirə etmək üçün gəlib. 

    "Mən İŞİD ilə mübarizədə işlərin nə yerdə olduğunu öyrənmək istəyirəm" - deyə, general Bağdad Hava Limanında "Reuters"ə müsahibəsində bildirib.   

    Bir müddət əvvəl Dempsi  İŞİD ilə mübarizədə İraq qoşunlarının əməliyyatlarında iştirak edəcək az sayda amerikalı hərbçilərinin İraqa göndərilməsini mümkün olduğunu söyləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi