Yuxarı

ABŞ Əfqanıstandan 5 min əsgərini çıxarır

​ABŞ Əfqanıstandan 5 min əsgərini çıxarır

ABŞ-ın Müdafiə naziri Mark Esper Əfqanıstandan beş min əsgərin çıxarılması planından danışıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Esper bildirib ki, bununla belə ölkədə 8,6 min hərbçi qalacaq. Bu qərar Əfqanıstanda terror təşkilatlarına qarşı mübarizəyə dəstək olacaq.

Pentaqon rəhbəri əlavə edib ki, beş min hərbçi radikal “Taliban” hərəkatı nümayəndələrilə sülh sazişinin şərtlərindən asılı olmayaraq ölkədən çıxarılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi