Yuxarı

ABŞ: Rusiya Ukraynanın şərqində hava hücumundan müdafiə sistemləri yerləşdirir

ABŞ: Rusiya Ukraynanın şərqində hava hücumundan müdafiə sistemləri yerləşdirir
Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf bəyan edib

Bakı. 23 aprel. REPORT.AZ/ Rusiya Ukrayna separatçılarını hava hücumundan müdafiə sistemləri ilə təmin edir və qondarma Donetsk və Luqansk respublikalarının ərazisində muzdlulara təlimlər keçir. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf bəyan edib.

“Separatçıların təlimi daha ciddi və kompleks şəkildə aparılır. Pilotsuz təyyarələrdən istifadə olunur. Heç şübhəsiz ki, Rusiya bu təlimlərə birbaşa dəstək verir" , - deyə Harf vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın Donbas regionu ilə sərhəddə Rusiyanın əlavə qoşunlarının cəmləşməsi də müşahidə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi