Yuxarı

ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb - VİDEO

​ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb - VİDEO

ABŞ-ın Ohayo ştatında Toledo şəhərinin hava limanı yaxınlığında göyərtəsində avtomobil hissələri olan yük təyyarəsi qəzaya uğrayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Yerli KİV-in məlumatına görə, hadisə yerli vaxtla səhər saat 3-də (Bakı vaxtı ilə saat 11:00) baş verib. Təyyarədə olan iki nəfərin taleyi hələlik məlum deyil.

Qəzadan sonra təyyarə tamamilə yanıb, hadisə yerinə gələn yanğınsöndürənlər onu söndürüb.

Hava limanının təhlükəsizlik əməkdaşlarının bildirdiyinə görə, qəzadan əvvəl onlar təyyarə ekipajından qəza siqnalı almayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi