ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb - VİDEO

ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb - VİDEO ABŞ-ın Ohayo ştatında Toledo şəhərinin hava limanı yaxınlığında göyərtəsində avtomobil hissələri olan yük təyyarəsi qəzaya uğrayıb.
Digər ölkələr
11 Sentyabr , 2019 15:56
ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb - VİDEO

ABŞ-ın Ohayo ştatında Toledo şəhərinin hava limanı yaxınlığında göyərtəsində avtomobil hissələri olan yük təyyarəsi qəzaya uğrayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Yerli KİV-in məlumatına görə, hadisə yerli vaxtla səhər saat 3-də (Bakı vaxtı ilə saat 11:00) baş verib. Təyyarədə olan iki nəfərin taleyi hələlik məlum deyil.

Qəzadan sonra təyyarə tamamilə yanıb, hadisə yerinə gələn yanğınsöndürənlər onu söndürüb.

Hava limanının təhlükəsizlik əməkdaşlarının bildirdiyinə görə, qəzadan əvvəl onlar təyyarə ekipajından qəza siqnalı almayıb.

Son xəbərlər

Orphus sistemi