Yuxarı

ABŞ-da təyyarə meşəlik əraziyə düşüb, 3 nəfər ölüb

ABŞ-da təyyarə meşəlik əraziyə düşüb, 3 nəfər ölüb

Bakı. 1 dekabr. REPORT.AZ/ Amerikanın İndiana ştatında korporativ təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib.

"Report" "ABC"yə istinadən xəbər verir ki, yerli vaxtla səhər saatlarında təyyarə ştatın cənub hissəsində meşəlik əraziyə düşüb.

Telekanalın məlumatına görə, onun göyərtəsində 3 nəfər – pilot və iki sərnişin olub.

Hazırda adiyyəti orqanlar hadisənin təfərrüatlarını öyrənirlər. Qəzaya nəyin səbəb olduğu hələ məlum deyil.

Bundan əvvəl Braziliyanın cənub-şərqində ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi