Braziliyada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

Braziliyada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb Bakı. 26 noyabr. REPORT.AZ/ Braziliyanın cənub-şərqində ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib.
Digər ölkələr
26 Noyabr , 2018 21:21
Braziliyada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

Bakı. 26 noyabr. REPORT.AZ/ Braziliyanın cənub-şərqində ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə xilasedicilərə istinadən "Folha de S. Paulo" qəzeti yazıb.

Qəza bazar ertəsi Minas-Jerays ştatının Jekitai şəhəri yaxınlığında qeydə alınıb. İlkin məlumatlara görə, Belu-Orizonti şəhərindən havaya qalxan təyyarə eniş edərkən qəzaya uğrayıb.

Hər iki pilot, təyyarənin sahibi və onun həyat yoldaşı hadisə yerində ölüb.

Bundan əvvəl Finlandiyalı turistlər Zimbabvedə təyyarə qəzası zamanı həlak olub.

Son xəbərlər

Orphus sistemi