Bakı. 1 dekabr. REPORT.AZ/ Amerikanın İndiana ştatında korporativ təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib.
"Report" "ABC"yə istinadən xəbər verir ki, yerli vaxtla səhər saatlarında təyyarə ştatın cənub hissəsində meşəlik əraziyə düşüb.
Telekanalın məlumatına görə, onun göyərtəsində 3 nəfər – pilot və iki sərnişin olub.
Hazırda adiyyəti orqanlar hadisənin təfərrüatlarını öyrənirlər. Qəzaya nəyin səbəb olduğu hələ məlum deyil.
Bundan əvvəl Braziliyanın cənub-şərqində ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib.