Yuxarı

ABŞ-da son 19 ildə 208 mindən çox uşaq məktəblərdə atışmaların iştirakçısı olub

ABŞ-da son 19 ildə 208 mindən çox uşaq məktəblərdə atışmaların iştirakçısı olub
Bu hadisələr zamanı azı 131 nəfər ölüb, daha 272 nəfər yaralanıb

Bakı. 21 aprel. REPORT.AZ/ Son 19 il ərzində Birləşmiş Ştatlarda 208 mindən çox yetkinlik yaşına çatmamış şəxs məktəblərdə odlu silah tətbiqi ilə baş verən hadisələrin iştirakçısı olub.

"Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzetinin 20 aprel 1999-cu il tarixində Kolumbayn məktəbində baş vermiş hadisənin ildönümü ilə əlaqədar hazırladığı statistik hesabatda deyilir.

Həmin vaxt iki yeniyetmə 12 yuxarı sinif şagirdi və müəllimini güllələyərək özlərinə qəsd ediblər.

"Hazırda 212 məktəbdə 208 mindən çox uşaq var. Hadisələr zamanı azı 131 nəfər ölüb, daha 272 nəfər yaralanıb", - deyə nəşr yazır.

Bildirilir ki, 2018-ci ildə məktəblərdə atışma ilə bağlı artıq 13 hadisə qeydə alınıb. Bu, 1999-cu ildən bu yana ən böyük göstəricidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi