Yuxarı

ABŞ-da 8 qadını qətlə yetirmiş cinayətkar edam edilib - FOTO

​ABŞ-da silsilə qətllər törədən cinayətkar Co Lonq edam edilib

ABŞ-ın Florida ştatında silsilə qətllər törədən cinayətkar, "Bobbi" ləqəbli Co Lonq 34 il sonra edam edilib.

"Report" "RİA Novosti" ağentliyinə istinadən xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Qeyd edilir ki, o, 1984-cü ildə 8 qadını qətlə yetirdiyini etiraf edib. Co Lonq zəhərli maye ilə öldürülüb. 

Məlumata görə, Lonq 1985-ci ildə 22 yaşlı Mişel Simmsi qətlə yetirdiyinə görə onun barəsində ölüm hökmü çıxarılıb. O, daha sonra daha 7 qadını öldürdüyünü etiraf edib.

Polis Lonqu onun növbəti dəfə qətlə yetirmək istədiyi 17 yaşlı Liza Makveyin qatilin pəncəsindən qaçırdıqdan sonra yaxalayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi