ABŞ-da 8 qadını qətlə yetirmiş cinayətkar edam edilib - FOTO

ABŞ-da 8 qadını qətlə yetirmiş cinayətkar edam edilib - FOTO ABŞ-ın Florida ştatında silsilə qətllər törədən cinayətkar, Bobbi ləqəbli Co Lonq 34 il sonra edam edilib.
Digər ölkələr
24 May , 2019 06:33
ABŞ-da 8 qadını qətlə yetirmiş cinayətkar edam edilib - FOTO

ABŞ-ın Florida ştatında silsilə qətllər törədən cinayətkar, "Bobbi" ləqəbli Co Lonq 34 il sonra edam edilib.

"Report" "RİA Novosti" ağentliyinə istinadən xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Qeyd edilir ki, o, 1984-cü ildə 8 qadını qətlə yetirdiyini etiraf edib. Co Lonq zəhərli maye ilə öldürülüb. 

Məlumata görə, Lonq 1985-ci ildə 22 yaşlı Mişel Simmsi qətlə yetirdiyinə görə onun barəsində ölüm hökmü çıxarılıb. O, daha sonra daha 7 qadını öldürdüyünü etiraf edib.

Polis Lonqu onun növbəti dəfə qətlə yetirmək istədiyi 17 yaşlı Liza Makveyin qatilin pəncəsindən qaçırdıqdan sonra yaxalayıb.  

Son xəbərlər

Orphus sistemi