ABŞ-da güclü qara görə 6,7 mindən çox aviareys ləğv olunub

ABŞ-da güclü qara görə 6,7 mindən çox aviareys ləğv olunub Bakı. 20 yanvar. REPORT.AZ/ ABŞ-ın şimal-şərq hissələrində bərk qar yağması səbəbindən 6783 aviareys ləğv olunub.
Digər ölkələr
20 Yanvar , 2019 01:59
ABŞ-da güclü qara görə 6,7 mindən çox aviareys ləğv olunub

Bakı. 20 yanvar. REPORT.AZ/ ABŞ-ın şimal-şərq hissələrində bərk qar yağması səbəbindən 6783 aviareys ləğv olunub.

“Report” xəbər verir ki, bu barədə "FlightAware" saytı məlumat yayıb.

CNN telekanalının məlumatına görə, pis hava şəraitinin törətdiyi fəsadlar Missuri və Men ştatları arasındakı ərazidə yaşayan 100 milyon insana təsir edə bilər.

Belə ki, TennesiMissisipi ştatlarında yağış və tufan davam edir, İllinoys, Miçiqan Ohayoda şiddətli külək əsir, Nyu-YorkPensilvaniya ştatlarında isə sinoptiklər yağış və bol qar proqnozlaşdırırlar.

Bildirilir ki, pis hava şəraiti ilə əlaqədar olaraq Nyu-York qubernatoru Endryu Kuomo ştat yollarının böyük hissəsində avtobus və qoşqulu yük maşınlarının hərəkətini qadağan edib.

Həmçinin qatarların hərəkəti məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi