ABŞ-da fırtına minlərlə sakini işıqsız qoyub

ABŞ-da fırtına minlərlə sakini işıqsız qoyub ABŞ-ın Luiziana ştatında “Barry” tropik fırtınası nəticəsində 50 minə yaxın əhalinin elektrik təchizatı kəsilib.
Digər ölkələr
13 İyul , 2019 16:24
ABŞ-da fırtına minlərlə sakini işıqsız qoyub

ABŞ-ın Luiziana ştatında “Barry” tropik fırtınası nəticəsində 50 minə yaxın əhalinin elektrik təchizatı kəsilib.

“Report” TASS-a istinadən xəbər verir ki, iyulun 11-də Meksika körfəzində, Luiziana və Missisipi ştatlarının sahilləri yaxınlığında əmələ gələn fırtına səbəbindən ştatın bir sıra sahil dairələrində əhali təxliyyə olunub.

Ştatın qubernatoru Con Bell Eduards iyulun 10-dan fövqəladə vəziyyət rejimi tətbiq edib.

Ötən gecə ştat sahillərinə çatan fırtına hazırda 2,2 m/s sürətilə şimal-qərb istiqamətində hərəkət edir, küləyin sürəti isə 29 m/s qədərdir.

Son xəbərlər

Orphus sistemi