ABŞ-ın Luiziana ştatında “Barry” tropik fırtınası nəticəsində 50 minə yaxın əhalinin elektrik təchizatı kəsilib.
“Report” TASS-a istinadən xəbər verir ki, iyulun 11-də Meksika körfəzində, Luiziana və Missisipi ştatlarının sahilləri yaxınlığında əmələ gələn fırtına səbəbindən ştatın bir sıra sahil dairələrində əhali təxliyyə olunub.
Ştatın qubernatoru Con Bell Eduards iyulun 10-dan fövqəladə vəziyyət rejimi tətbiq edib.
Ötən gecə ştat sahillərinə çatan fırtına hazırda 2,2 m/s sürətilə şimal-qərb istiqamətində hərəkət edir, küləyin sürəti isə 29 m/s qədərdir.