​ABŞ-da 70 ildə ilk dəfə olaraq qadın edam edilib

​ABŞ-da 70 ildə ilk dəfə olaraq qadın edam edilib Kelli Qissendaner həyat yoldaşını qətlə yetirməkdə ittiham olunub
Digər ölkələr
2 Oktyabr , 2015 08:20
​ABŞ-da 70 ildə ilk dəfə olaraq qadın edam edilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Çərşənbə günü ABŞ-ın Corciya ştatında məhkum qadın barəsində çıxarılan ölüm hökmü icra olunub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 47 yaşlı Kelli Rene Qissendaner ştatda son 70 il ərzində edam olunan ilk məhbus olub.

Məlumata görə, Qissendaner barəsində hökm 1997-ci ilin fevral ayında çıxarılıb. Qadın həyat yoldaşının qətlində müqəssir bilinib. Bu işdə ona dostu köməklik göstərib. O, Duqlas Qissendanerə ölümcül bıçaq zərbələri endirib.

Edam inyeksiya yolu ilə icra olunub. Qissendaner ştat həbsxanasının ölüm hökmünə məhkum edilmiş dustaqları arasında qadın cinsini təmsil edən yeganə şəxs olub.

Son xəbərlər

Orphus sistemi