ABŞ-ın dövlət katibi: "İranın nüvə proqramını inkişaf etdirmək hüququ var"

Dünya
  • 07 noyabr, 2014
  • 03:02
ABŞ-ın dövlət katibi: İranın nüvə proqramını inkişaf etdirmək hüququ var

Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri Parisdə Fransanın xarici işlər naziri Loran Fabius ilə görüşü zamanı İranın nüvə proqramı və Omanda Tehranın nüvə statusu ilə bağlı keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş öncəsi digər məsələləri müzakirə edib.

"Report"un "Amerikanın səsi" radiosuna istinadən verdiyi məlumata görə, Con Kerri bildirib ki, həm o, həm də onun fransalı həmkarı Loran Fabius hesab edirlər ki, İran İslam Respublikası uranın zənginləşdirilməsindən hərbi məqsədlərlə istifadə olunmayacağı təqdirdə mülki nüvə proqramını inkişaf etdirmək hüququna malikdir.

ABŞ-ın dövlət katibi bildirib ki, Tehran nüvə silahının hazırlanması üçün deyil, ancaq dinc məqsədlərlə bu proqramdan istifadə hüququna malikdir.

Qeyd edək ki, 18-24 Noyabr tarixlərində Vyanada "altılığ"ın İran ilə Tehranın nüvə proqramı problemi üzrə danışıqlarının həlledici mərhələsi keçiriləcək.