Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatının favoritlərini açıqlayıb.
"Report"un məlumatına görə, "Marca"ya açıqlama verən 37 yaşlı hücumçu öz komandasını bu siyahıya daxil etməyib.
Təcrübəli forvard Braziliya, Argentina, Fransa və Almaniyanın şanslarını yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Portuqaliya yığması 2016-cı ildəki kimi hamını təəccübləndirə bilər: "Komandamızın böyük potensialı var. Amma hazırda Qana ilə oyun haqqında düşünməliyik. Turnirin ən yaxşısı çempion olacaq. Bizim gənc oyunçularımız və yaxşı kollektivimiz var".
Hücumçu bir neçə gün öncə Lionel Messi ilə birlikdə yer aldığı reklam kampaniyası haqqında da danışıb: “İştirak etmək istədiyim, çoxdandır axtardığım kampaniya idi. Bu, mənim üçün qürur mənbəyidir”.
Portuqaliya H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə mübarizə aparacaq.