Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk futbolçu olub
Dünya Çempionatı - 2022
- 04 dekabr, 2022
- 17:11
Fransa millisinin futbolçusu Kilian Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk oyunçu olub.
"Report"un Opta-ya istinadən məlumatına görə, Qətərdəki mundialda Polşa yığmasına 3:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında dubl edən hücumçu şəxsi göstəricisini yaxşılaşdırıb.
Forvard bu qollardan 4-nə cari dünya çempionatında imza atıb. O, qrup mərhələsində Avstraliya yığmasını 1, Danimarkanı isə 2 dəfə cəzalandırıb.
Mbappe 2018-ci ildə Rusiyada keçirilmiş mundialda da 4 qol vurmuşdu.
Bununla da ulduz futbolçu Argentina millisinin kapitanı Lionel Messi ilə dünya çempionatlarındakı qol sayını bərabərləşdirib.
Qeyd edək ki, Fransa millisi 1/4 finalda İngiltərə - Seneqal cütünün qalibi ilə üz-üzə gələcək.
Son xəbərlər
13:50
İslamiada: Azərbaycanın stolüstü tennis millisinin1/4 finaldakı rəqibi müəyyənləşib - Yenilənib
Komanda13:48
Kənan Quluzadə: "Nar Festivalı" Azərbaycanın turizm təqviminin ən peşəkar tədbirlərindəndir
ASK13:45
Video
Türkiyə MN Bakıda hərbi paradda F-16-dan çəkilmiş videogörüntülərı yayıb
Xarici siyasət13:37
Ərdoğan: Vaşinqtonda əldə olunan razılaşmalardan məmnunuq
Xarici siyasət13:28
Türkiyə Prezidenti: Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq
Xarici siyasət13:28
Göyçay "Nar Festivalı"nda narın qiymətləri açıqlanıb
ASK13:17
Ərdoğan: Qarabağdakı böyük inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir
Xarici siyasət13:10
Çin Liszyan-1 Y9 raket daşıyıcısının uğurlu buraxılışını həyata keçirib
Digər ölkələr13:01