Fransalı futbolçu DÇ-2022-ni buraxa bilər
- 26 oktyabr, 2022
- 11:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa millisinin futbolçusu Rafael Varan bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.
"Report"un "LEquipe"ə istinadən məlumatına görə, buna "Mançester Yunayted"ində çıxış edən 29 yaşlı müdafiəçinin "Çelsi" ilə 1:1 hesablı heç-heçə etdikləri İngiltərə Premyer Liqanın XIII tur oyununda zədələnməsi səbəb olub.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq Moldova "Şerif"inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur matçından öncə oyunçunun durumu haqqında danışıb. Mütəxəssis Varanın mundialadək Mançester təmsilçisinin heyətində meydana çıxmayacağını söyləyib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq.