Fransa millisi dünya çempionatlarında yeni rekorda imza atıb
Dünya Çempionatı - 2022
- 14 dekabr, 2022
- 21:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa millisi dünya çempionatlarında yeni rekorda imza atıb.
"Report" Opta-ya istinadən xəbər verir ki, Qətərdə keçirilən mundialın yarımfinalında Mərakeşi 2:0 hesabı ilə məğlub edən "xoruzlar" son 7 yarışda 4-cü dəfə həlledici oyuna vəsiqə qazanıb. Bu isə istənilən ölkə yığmasının göstəricisindən 2 dəfə çoxdur.
Didye Deşamın rəhbərlik etdiyi kollektiv daha əvvəl 1998, 2006 və 2018-ci il mundiallarının finalında oynamaq imkanı əldə edib. Fransızlar bunların ikisində (1998, 2018) dünya çempionu olmağı bacarıb.
Qeyd edək ki, Fransa millisi DÇ-2022-nin həlledici matçında Argentina ilə üz-üzə gələcək. Qarşılaşma dekabrın 18-də keçiriləcək.
Son xəbərlər
11:55
Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
Region
11:53
Foto
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub
Futbol
11:53
Foto
Ramin Məmmədov: Azərbaycanın müxtəlif ölkələrlə tarixi əlaqələri regional əməkdaşlığın inkişafına zəmindir
Din
11:52
Monqolustan Dünya Bankının ən yoxsul ölkələr üçün fondunun donoru olub
Maliyyə
11:41
Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb
İnfrastruktur
11:30
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət siyasəti
11:24
Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq
Futbol
11:22
Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
Energetika
11:10
Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub
Digər ölkələr