DÇ-2022: Uruqvay - Cənubi Koreya oyunu qolsuz heç-heçə ilə başa çatıb

DÇ-2022: Uruqvay - Cənubi Koreya oyunu qolsuz heç-heçə ilə başa çatıb Qətərdə keçirilən dünya çempionatının H qrupunun I turunda üz-üzə gələcək Uruqvay və Cənubi Koreya yığmalarının start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
24 Noyabr , 2022 18:55
DÇ-2022: Uruqvay - Cənubi Koreya oyunu qolsuz heç-heçə ilə başa çatıb

Qətərdə keçirilən dünya çempionatının H qrupunda I tura start verilib.

"Report"un məlumatına görə, qrupun ilk matçında Uruqvay millisi Cənubi Koreya yığması ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra kollektivlər hərəyə 1 xalla hələlik ilk iki sıranı bölüşdürür.

Qeyd edək ki, H qrupunun digər qarşılaşmasında Portuqaliya seçməsi Qana ilə münasibətlərinə aydınlıq gətirəcək.

18:02

Qətərdə keçirilən dünya çempionatında Uruqvay və Cənubi Koreya yığmaları arasında H qrupunun I tur oyununda 2-ci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.

17:47

Qətərdə keçirilən dünya çempionatında Uruqvay və Cənubi Koreya yığmaları arasında H qrupunun I tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

17:00

Qətərdə keçirilən dünya çempionatında Uruqvay və Cənubi Koreya yığmaları arasında H qrupunun I tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb.

15:49

Qətərdə keçirilən dünya çempionatının H qrupunun I turunda üz-üzə gələcək Uruqvay və Cənubi Koreya yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Martin Kaseres, Xose Mariya Ximenes, Dieqo Qodin, Darvin Nunyes, Matias Oliveyra, Fakundo Pelyistri, Luis Suares, Federiko Valverde, Matias Vesino

Cənubi Koreya: Kim Sin Kyü, Hvan İn Bom, Hvan Ui Çjo, Çon U Yen, Kim Çjin Su, Kim Min Je, Kim Mun Xvan, Kim Yon Qvon, Li Ce Son, Na San Ho, Son Xın Min

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi