Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, bu raundun son oyununda Portuqaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Rəqibini 6:1 hesabı ilə darmadağın edən Pireney təmsilçisi 1/4 finala yüksəlib.
Fernandu Santuşun baş məşqçi olduğu kollektivdən qolları 17, 51 və 67-ci dəqiqələrdə Qonsalu Ramuş, 33-cü dəqiqədə Pepe, 55-ci dəqiqədə Rafael Gerreyru və 90+2-ci dəqiqədə Rafael Leao vurublar. İsveçrəlilərin təsəlli qoluna isə 58-ci dəqiqədə Manuel Akanci imza atıb.
Qeyd edək ki, Portuqaliya millisinin 1/4 finaldakı rəqibi Mərakeş olacaq. Qarşılaşma dekabrın 10-da keçiriləcək.
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final oyununda növbəti qol vurulub.
"Report"un məlumatına görə, portuqaliyalılar 5-ci dəfə rəqibi cəzalandırıb. 67-ci dəqiqədə Qonsalu Ramuş het-trik edib.
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final oyununda 5-ci qol vurulub.
"Report"un məlumatına görə, 58-ci dəqiqədə isveçrəlilərdən Manuel Akanci buraxılan toplardan birinin əvəzini çıxıb.
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final oyununda hesab növbəti dəfə dəyişib.
"Report"un məlumatına görə, 55-ci dəqiqədə Rafael Gerreyru 4-cü qolu isveçrəlilərin qapısından keçirib.
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final oyununda 3-cü qol vurulub.
"Report"un məlumatına görə, 51-ci dəqiqədə portuqlaiyalılardan Qonsalu Ramuş dublunu rəsmiləşdirib - 3:0.
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final oyununda 2-ci hissə başlayıb.
"Report"un məlumatına görə, ilk yarıdan sonra Pireney təmsilçisi hesabda öndədir - 2:.
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, portuqaliyalılar fasiləyə üstün yollanıblar - 2:0. Qolları 17-ci dəqiqədə Qonsalu Ramuş, 33-cü dəqiqədə isə Pepe vurub.
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab dəyişib.
"Report"un məlumatına görə, 33-cü dəqiqədə Pepe 2-ci qolu isveçrəlilərin qapısından keçirib - 2:0.
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, 17-ci dəqiqədə fərqlənən Qonsalu Ramuş Pireney təmsilçisini hesabda önə keçirib.
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında üz-üzə gələcək Portuqaliya və İsveçrə yığmalarının start heyətləri açıqlanıb.
"Report"un məlumatına görə, Pireney təmsilçisinin baş məşqçisi Fernandu Santuş komandanın lideri olan Kriştianu Roanldunu ehtiyatda saxlayıb.
Beləliklə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Portuqaliya: Dioqu Koşta, Pepe, Dioqu Dalot, Ruben Diaş, Rafael Gerreyru, Vilyam Karvalyu, Bernardu Silva, Otavio Monteyro, Brunu Fernandeş, Qonsalu Ramuş, Joau Feliks
İsveçrə: Qreqor Kobel, Manuel Akanci, Fabian Şer, Rikardo Rodriges, Edimilson Fernandeş, Qranit Caka, Remo Froyler, Cerdan Şakiri, Cibril So, Brel Embolo, Ruben Varqas
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.