Portuqaliya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti bəlli olub.
"Report"un məlumatına görə, baş məşqçi Fernandu Santuş bu barədə mətbuat konfransında bildirib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Portuqaliya H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə mübarizə aparacaq.