DÇ-2022: İngiltərə millisi 1/4 finalda Fransaya rəqib olub

DÇ-2022: İngiltərə millisi 1/4 finalda Fransaya rəqib olub Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək İngiltərə və Seneqal yığmalarının start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
5 Dekabr , 2022 00:52
DÇ-2022: İngiltərə millisi 1/4 finalda Fransaya rəqib olub

Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Seneqal yığmasını 3:0 hesabı ilə darmadağın edən İngiltərə adını 1/4 finala yazdırıb.

İlk qolu 39-ci dəqiqədə Cordan Henderson vurub. Birinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə kapitan Harri Keyn fərqi 2 topa çatdırıb. Görüşdə son nöqtəni isə 57-ci dəqiqədə fərqlənən Bukayo Saka qoyub.

İngiltərə millisi bu qələbə ilə növbəti raundda Fransa kollektivinə rəqib olub.

Qeyd edək ki, daha əvvəl Niderland və Argentina yığmaları 1/4 finala yüksəlib.

00:17

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Seneqal yığmaları arasında 1/8 final oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, 57-ci dəqiqədə Bukayo Saka 3-cü topu afrikalıların qapısından keçirib - 3:0.

00:05

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Seneqal yığmaları arasında 1/8 final oyununda 2-ci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik Avropa təmsilçisi hesabda öndədir - 2:0.

23:50

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Seneqal yığmaları arasında 1/8 final oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, ingilislər fasiləyə 2:0 hesablı üstünlüklə yollanıblar.

23:48

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Seneqal yığmaları arasında 1/8 final oyununda 2-ci qol vurulub.

"Report"un məlumatına görə, 45+3-cü dəqiqədə fərqlənən Harri Keyn Avropa təmsilçisinin üstünlüyünü artırıb.

23:40

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Seneqal yığmaları arasında 1/8 final oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 39-ci dəqiqədə Cordan Henderson Avropa təmsilçisini önə keçirib.

23:00

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Seneqal yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

21:57

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək İngiltərə və Seneqal yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Luk Şou, 4. Deklan Rayz, 5. Con Stounz, 6. Herri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn, 17. Bukayo Saka, 20. Fil Foden, 22. Cud Bellingem

Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 6. Nampali Mendi, 14. İsmail Yakobs, 15. Krepin Diatta, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 18. İsmaila Sarr, 21. Yussuf Sabali

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi