DÇ-2022: Danimarkaya qalib gələn Fransa qrupdan çıxmağı təmin edib

DÇ-2022: Danimarkaya qalib gələn Fransa qrupdan çıxmağı təmin edib İkinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci pillədə qərarlaşıb və növbəti mərhələyə çıxmağa haqq qazanıb.
Dünya Çempionatı - 2022
26 Noyabr , 2022 21:58
DÇ-2022: Danimarkaya qalib gələn Fransa qrupdan çıxmağı təmin edib

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçı başa çatıb. 

"Report"un məlumatına görə, qarşılaşma Fransanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Matçda hesabı 61-ci dəqiqədə Kilian Mbappenin qolu ilə Fransa açıb. Danimarka 68-ci dəqiqədə Anderas Kristensenlə hesabı bərabərləşdirib. 

Bununla belə, oyunun 86-cı dəqiqəsində Mbappe yenidən səhnəyə çıxıb. Qrizmanın ötürməsindən sonra dəqiq oynayan hücumçu komandasının qələbə qolunu vurub. 

Beləliklə, ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci pillədə qərarlaşıb və növbəti mərhələyə çıxmağa haqq qazanıb. Avstraliyanın 3 xalı var və ikinci pillədədir. Hərəyə bir xal toplamış Danimarka və Tunis uyğun olaraq 3 və 4-cü yerləri bölüşdürürlər. 

21:46

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında hesab dəyişib.

"Report"un məlumatına görə, qarşılaşmanın 86-cı dəqiqəsində Kilian Mbappe özünün və Fransanın ikinci qoluna imza atıb. 

21:28

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında hesab dəyişib.

"Report"un məlumatına görə, qarşılaşmanın 68-ci dəqiqəsində Andreas Kristensen Danimarkanın cavab qoluna imza atıb.

21:22

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında hesab açılıb.

"Report"un məlumatına görə, qarşılaşmanın 61-ci dəqiqəsində Kilian Mbappe Fransanı önə çıxaran qola imza atıb.

21:05

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, qarşılaşmada hesab açılmayıb.

20:48

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunda Fransa - Danimarka matçında ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, qarşılaşmanın ilk 45 dəqiqəsində hesab açılmayıb.

20:00

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunda Fransa - Danimarka matçı başlayıb.

"Report"un məlumatına görə, polşalı hakim Şimon Marçinyakın idarə etdiyi oyun saat 20:00-da start götürüb.

19:16

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunda üz-üzə gələcək Fransa və Danimarka yığmalarının start heyətləri açıqlanıb.

"Report"un FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Danimarka: Kasper Şmeyxel, Yoaxim Andersen, Viktor Nelson, Yoakim Mehle, Andreas Kristensen, Yesper Lindström, Kristian Eriksen, Mikkel Damsqor, Andreas Kornelius, Rasmus Kristensen, Pye-Emil Hoybyerq

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi