DÇ-2022: Evi qarət olunan futbolçu İngiltərə millisinə qayıdır
Dünya Çempionatı - 2022
- 08 dekabr, 2022
- 13:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Londondakı evinin qarət edilməsi səbəbindən Qətərdəki dünya çempionatında mübarizə aparan İngiltərə millisini tərk edən "Çelsi"nin futbolçusu Rahim Sterlinq düşərgəyə qayıdacaq.
“Report”un İngiltərə Futbol Assosiasiyasının (EFA) saytına istinadən məlumatına görə, 28 yaşlı hücumçu dekabrın 9-da yenidən kollektivlə məşqlərə qoşulacaq.
Təcrübəli oyunçunun adı DÇ-2022-nin 1/4 final mərhələsində Fransa ilə keçiriləcək matçda millinin iştirak ərizəsinə salınacaq. Qarşılaşma dekabrın 10-da olacaq.
Qeyd edək ki, silahlı soyğunçular tərəfindən evi qarət olunduğu üçün EFA-dan icazə alaraq ailəsinin yanına gedən Rahim Sterlinq mundialda Seneqala 3:0 hesabı ilə qalib gəldikləri 1/8 final matçında da iştirak etməyib.
Son xəbərlər
14:31
İri Şəhərlərin Su Təchizatı Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
İnfrastruktur
14:29
"Bank Respublika"dan sərfəli nağd kredit imkanı -"Payız fürsəti"
Biznes
14:22
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
Elm və təhsil
14:18
Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
Digər ölkələr
14:12
"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib
Futbol
14:08
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Hakimlər Assosiasiyasının 68-ci Baş Assambleyasında iştirak edib
Xarici siyasət
14:07
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
Fərdi
14:02
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
Digər ölkələr
14:02
"T-kredit" BOKT kreditorlarına müraciət edib
Maliyyə