Futbol tarixində böyük turnirlərin pley-off mərhələlərinin bir oyunu zamanı penaltilər seriyasında qol vura bilməyən komandaların siyahısı bəlli olub.
“Report”un Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytına istinadən məlumatına görə, indiyədək 6 belə hal yaşanıb.
Son olaraq Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində İspaniya yığması Mərakeşlə görüşün penaltilər seriyasında rəqib qapısına yol tapa bilməyib. Bu, eyni zamanda mundiallar tarixində baş verən ikinci hadisədir.
Qeyd edək ki, əsas vaxtı 0:0 hesabı ilə başa çatan Mərakeş – İspaniya görüşünün penaltilər seriyasında Afrika təmsilçisi 3:0 hesablı qələbə qazanaraq, 1/4 finala adlayıb.
Uduzan komanda |
Oyun |
Tarix |
Turnir |
Mərhələ |
Çin |
İran – 0:0 (p. 0:3) |
17/12/1988 |
Asiya Kuboku |
3-cü yer uğrunda |
İsveçrə |
Ukrayna - 0:0 (p. 0:3) |
26/06/2006 |
Dünya çempionatı |
1/8 final |
Cənubi Koreya |
Yaponiya – 2:2 (3:0) |
25/01/2011 |
Asiya Kuboku |
1/2 final |
Braziliya |
Paraqvay - 0:0 (p. 0:2) |
17/07/2011 |
Amerika Kuboku |
1/4 final |
Portuqaliya |
Çili – 0:0 (p. 0:3) |
28/06/2017 |
Konfederasiyalar Kuboku |
1/2 final |
İspaniya |
Mərakeş – 0:0 (p. 0:3) |
06/12/2022 |
Dünya çempionatı |
1/8 final |