Azərbaycan millisinin rəqibi dünya çempionatı üçün heyətini açıqlayıb

Azərbaycan millisinin rəqibi dünya çempionatı üçün heyətini açıqlayıb Belçika millisinin baş məşqçisi Roberto Martines bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti müəyyənləşdirib.
Dünya Çempionatı - 2022
10 Noyabr , 2022 16:07
Azərbaycan millisinin rəqibi dünya çempionatı üçün heyətini açıqlayıb

Belçika millisinin baş məşqçisi Roberto Martines bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti müəyyənləşdirib.

"Report" Belçika Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı ispaniyalı mütəxəssisin açıqladığı siyahıda 26 futbolçu yer alıb.

Qapıçılar: Tibo Kurtua ("Real Madrid", İspaniya), Simon Minyole ("Brügge"), Kun Kastels ("Volfsburq", Almaniya)

Müdafiəçilər: Tibo Alderveyreld ("Antverpen"), Yan Vertongen ("Benfika", Portuqaliya), Zeno Debast ("Anderlext"), Vaut Fas, Timoti Kastan ("Lester", İngiltərə), Artür Teate ("Renn" Fransa), Toma Mönye ("Borussiya" Dortmund, Almaniya)

Yarımmüdafiəçilər: Yannik Karrasko, Aksel Vitsel (hər ikisi "Atletiko" Madrid, İspaniya), Leander Dendonker ("Aston Villa", İngiltərə), Amadu Onana ("Everton", İngiltərə), Yuri Tilemans ("Lester", İngiltərə) Hans Vanaken ("Brügge"), Eden Azar ("Real Madrid", İspaniya), Leandro Trossard ("Brayton", İngiltərə)

Hücumçular: Romelu Lukaku ("İnter", İtaliya), Dris Mertens ("Qalatasaray", Türkiyə), Şarl de Ketelare ("Milan", İtaliya), Jeremi Doku ("Renn", Fransa), Mişi Batşuayi ("Fənərbağça", Türkiyə), Loi Openda ("Lans", Fransa)

Qeyd edək ki, Belçika millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Xorvatiya, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq.

"Qırmızı şeytanlar" 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridir.

Son xəbərlər

Orphus sistemi