Zeynal Nağdəliyev: “Dini mərasimlər zamanı həddən artıq ifrata varılması dini savadsızlıqdan irəli gəlir”

Zeynal Nağdəliyev: “Dini mərasimlər zamanı həddən artıq ifrata varılması dini savadsızlıqdan irəli gəlir” “İcra hakimiyyətində işləyən vəzifəli şəxslər öz bilik və savadı ilə nümunə olmalıdırlar”
Din
12 Fevral , 2016 15:28
Zeynal Nağdəliyev: “Dini mərasimlər zamanı həddən artıq ifrata varılması dini savadsızlıqdan irəli gəlir”

Bakı. 12 fevral. REPORT.AZ/ “Dini mərasimlər zamanı insanlar bəzən həddən artıq ifrata varırlar”.

“Report”un məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri - dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsində deyib.

Şöbə müdiri bildirib ki, bu, adətən cahillikdən, dini savadsızlıqdan irəli gəlir: “Biz elə bir biliyə malik olmalıyıq ki, belə insanlarla söhbət zamanı onları inandıra bilək. Xüsusən yerlərdə bu işlərlə məşğul olan şəxslər insanlara təsir edə biləcək bilgilərə malik olmalıdırlar. İcra hakimiyyətində işləyən vəzifəli şəxslər öz bilik və savadı ilə nümunə olmalı, ətrafdakılara düzgün fikir aşılamağı bacarmalıdırlar”.

Xatırladaq ki, Bakıda şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi keçirilib. Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycan Respublikasında dövlət-din münasibətləri və əsas istiqamətlər” mövzusunda çıxışı olub.

Son xəbərlər

Orphus sistemi