Bakı. 8 iyul. REPORT.AZ/ Bu gün
Dövlət Komitəsinin sədri
Yeni qeydiyyatdan keçən dini icmaların sədrlərinə müvafiq tövsiyələrini verən M.Qurbanlı icmaları daha aktiv olmağa, yerlərdə axund və imamlarla, eləcə də QMİ-nin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməyə çağırıb.
Eyni zamanda, komitə sədri dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.
Dini icma sədrləri çıxış edərək dini sahəyə göstərilən diqqət və qayğıya görə təşəkkür edib, rəhbərlik etdikləri icmalarda dini sabitliyi qoruyub saxlamaq üçün əllərindən gələni edəcəklərini, milli-mənəvi dəyərlərin təbliği istiqamətində iş aparacaqlarını bildiriblər.
Sonda Ramazan ayı münasibətilə toplantı iştirakçılarını təbrik edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeydiyyat şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib.