Azərbaycanda səfərdə olan Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və xanımı Təzəpir məscidini ziyarət ediblər.
"Report" xəbər verir ki, qonaqlara Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin salamlarını yetirən QMİ sədrinin müavini Fuad Nurullayev Təzəpir məscid-kompleksinin tarixi, Azərbaycan dövlətinin diqqət və qayğısı ilə ərazidə aparılan bərpa işləri barədə ətraflı məlumat verib.
Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və xanımı Təzəpir məscidini inşa etdirən tanınmış xeyriyyəçi Nabat xanım Aşurbəyovanın kompleksin ərazisindəki məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Zühtü Arslan məsciddə namaz qılaraq bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin sabitliyi, davamlı tərəqqisi, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün dualar etdiyini bildirib.