Şeyxülislam: “Başımızdakı əmmaməyə baxmayaraq, Azərbaycanın bütün dindarları döyüşə hazırdır”

Şeyxülislam: “Başımızdakı əmmaməyə baxmayaraq, Azərbaycanın bütün dindarları döyüşə hazırdır” “Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq”
Din
13 Aprel , 2016 10:27
Şeyxülislam: “Başımızdakı əmmaməyə baxmayaraq, Azərbaycanın bütün dindarları döyüşə hazırdır”

Bakı. 13 aprel. REPORT.AZ/ “İnanıram ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq”. “Report”un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə şəhidlərin xatirəsinə həsr olunan tədbirdə deyib.

A.Paşazadə bildirib ki, son günlər cəbhə xəttində baş verənlər Azərbaycan xalqı üçün imtahan idi: “Azərbaycanın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İnanıram ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq. Bu, Azərbaycan xalqı üçün bir imtahan idi. Azərbaycan xalqı belə imtahan və sınaqlardan çox keçib. Azərbaycan həm xaricdən, həm də daxildən dəstəklənir”.

Şeyxülislamın sözlərinə görə, cəbhədə baş verənlər bir daha sübut etdi ki, Azərbayacan öz torpaqlarını hərb yolu ilə işğaldan azad edə bilər: “Bütün dünya qəbul edir, hətta Rusiya da bilir ki, Qarabağ Azərbaycan torpağıldır, azərbaycanlıların doğma yurdudur. Lakin ermənilər bunu qəbul və mən deyərdim ki, həzm edə bilmirlər. Ermənilər də bilir ki, Azərbaycanın bir həmləsi kifayət edir ki, Qarabağ işaldan azad olunsun”.

A.Paşazadə Azərbaycan dindarlarının döyüşə hazır olduğunu da vurğulayıb: “Baxmayaraq ki, biz din xadimlərinin başında əmmamə var, Ali Baş Komandan nə vaxt əmr versə, bütün dindarlar döyüşə hazırdır”.

Son xəbərlər

Orphus sistemi