​Şeyxülislam Allahşükür Paşazadə: “İnsan nəfəsi dəyməyən məscidin heç bir təsiri olmayacaq”

​Şeyxülislam Allahşükür Paşazadə: “İnsan nəfəsi dəyməyən məscidin heç bir təsiri olmayacaq” “Siz Qafqaz Müsəlmanları İdarəsinin danışan dili, görən gözü və eşidən qulağısınız”
Din
22 May , 2015 11:16
​Şeyxülislam Allahşükür Paşazadə: “İnsan nəfəsi dəyməyən məscidin heç bir təsiri olmayacaq”

“Siz Qafqaz Müsəlmanları İdarəsinin danışan dili, görən gözü və eşidən qulağısınız”

Bakı. 22 may. REPORT.AZ/ “Siz Qafqaz Müsəlmanları İdarəsinin danışan dili, görən gözü və eşidən qulağısınız. Yerlərdə bizim təbliğatçımızsınız. Siz yerlərdə həm dini təbliğ edirsiniz, həm də Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini təbliğ edirsiniz”. “Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Təkmilləşdirmə Kurslarını bitirən din xadimlərinə müraciətində deyib.

O, kursları bitirən müdavimlərə sertifikatların təqdim olunma mərasimində din xadimləri qarşısında duran vəzifələrdən də danışıb: “Əgər orada məscid varsa, insan yoxdursa, insan nəfəsi yoxdursa, onun heç bir xeyri yoxdur. Necə ki, keçmiş dövrdə - Sovet dövründə məscidlərinin adını “muzey” qoymuşdular, indi də məscidlərdə adam olmasa, adını muzey qoymasalar da, o məscid muzey olacaq, yəni heç bir təsiri olmayacaq”.

Son xəbərlər

Orphus sistemi