Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Yerusəlim Patriarxı Zati-müqəddəsləri III Teofilosla diplomatik nümayəndəliklə patriarxlıq arasında qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Təl-Əvivdəki səfirliyin
“Bu gün səfir Muxtar Məmmədov və Yerusəlim Patriarxı Zati-müqəddəsləri III Teofilos görüş keçiriblər. Onlar Azərbaycanda bütün dini icmaların qarşılıqlı hörmət və harmonik birgəyaşayışını, həmçinin səfirlik və patriarxlıq arasında qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə ediblər”, – məlumatda qeyd olunub.