Qurbanlıq qoyunların qiyməti neçəyədir? - VİDEO

Qurbanlıq qoyunların qiyməti neçəyədir? - VİDEO Qurban bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakıda və regionlardakı müxtəlif ət kəsimi məntəqələrində sanitariya qaydalarını əməl olunması üçün xüsusi nəzarət mexanizmi tətbiq olunur.
Din
19 İyul , 2021 17:49
Qurbanlıq qoyunların qiyməti neçəyədir? - VİDEO

Qurban bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakıda və regionlardakı müxtəlif ət kəsimi məntəqələrində sanitariya qaydalarına əməl olunması üçün xüsusi nəzarət mexanizmi tətbiq olunur.

"Report"un çəkiliş qrupu Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının həyata keçiriləcəyi ət kəsimi məntəqələrinin birinə yollanıb və mövcud vəziyyətlə tanış olub, pandemiya şəraitində qurbanlıq heyvanların qiyməti, onların necə kəsiləcəyi, qəssabların vaksin olunub-olunmaması və digər riayət olunması zəruri olan məsələləri araşdırıb.

Qeyd edək ki, iyul ayının 20-21-də Azərbaycanda Qurban bayramıdır.

Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaqdır.

Videomaterialı təqdim edirik:

Operator: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi