QMİ sədrinin müavini: "Qərbdən gələn islamofobiya meyilləri artmaqdadır"

QMİ sədrinin müavini: "Qərbdən gələn islamofobiya meyilləri artmaqdadır" ““İslam həmrəyliyi” deyəndə başqa dinlərə qarşı cəbhə açmağın tərəfində deyilik”
Din
27 Sentyabr , 2017 14:06
QMİ sədrinin müavini: Qərbdən gələn islamofobiya meyilləri artmaqdadır
Report/ Orkhan Azim

Bakı. 27 sentyabr. REPORT.AZ/ ““İslam həmrəyliyi” deyəndə başqa dinlərə qarşı cəbhə açmağın tərəfində deyilik. Burada dostluq, qardaşlıq, sülh irəli sürülür”.

“Report”un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Türkiyədə “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda təşkil edilən beynəlxalq konfransla bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, İslam həmrəyliyi təkcə müsəlman coğrafiyasında deyil, dünyada yayılmalıdır.

Mətbuat konfransında çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev isə deyib ki, dünyada gedən proseslər mənfi tendensiyalarla müşahidə edilir: “Müharibələr nəticəsində müsəlmanların qanı tökülür. Qərbdən gələn islamofobiya meyilləri artmaqdadır. Bunun üçün də İslam dünyasında sülh olmalıdır. Təəssüflər olsun ki, bəzi siyasətçilər bu məsələləri arxa plana keçirirlər. Bu da sadə insanların problemlərlə qarşılaşmasına gətirib çıxarır, müharibələr nəticəsində onlar qaçqın və məcburi köçkün olurlar”.

Son xəbərlər

Orphus sistemi