QMİ sədrinin müavini: Bu, bütün xalqların başına gələ biləcək hadisədir

QMİ sədrinin müavini: Bu, bütün xalqların başına gələ biləcək hadisədir Təyyarə qəzasının qurbanlarının xatirəsini yad etmək üçün bütün məscidlərdə məclislər qurulub, onların ruhuna dualar oxunub, fatihələr deyilib.
Din
26 Dekabr , 2024 13:20
QMİ sədrinin müavini: Bu, bütün xalqların başına gələ biləcək hadisədir
Fuad Nurullayev

Təyyarə qəzasının qurbanlarının xatirəsini yad etmək üçün bütün məscidlərdə məclislər qurulub, onların ruhuna dualar oxunub, fatihələr deyilib.

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aviaqəzada həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbr diləyir:

"Bu, bütün xalqların başına gələ biləcək hadisədir. Əlimizdən gələn onların ailələrinə təsəlli vermək, yaralılarımıza şəfa diləməkdir. Allah millətimizi bəlalardan qorusun".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Son xəbərlər

Orphus sistemi