QMİ sədri Rusiya səfirini Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

QMİ sədri Rusiya səfirini Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Din
7 İyun , 2023 15:28
QMİ sədri Rusiya səfirini Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə "Report"a QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, mədəni-humanitar münasibətlərlə yanaşı dini-mənəvi əlaqələrin də mövcud səviyyəsindən razılıq ifadə olunub.

QMİ sədri Azərbaycanda fəaliyyəti dövründə səfir Mixail Boçarnikovun bu istiqamətdə səy və əməli töhfələrini yüksək dəyərləndirib, ona gələcək fəaliyyətində uğurlar diləyib.

M.Boçarnikov səmimi sözlərə görə QMİ sədrinə minnətdarlığını bildirib, Azərbaycan, buradakı görüşləri barədə xoş xatirələri hər zaman qəlbində yaşadacağını ifadə edib.

O, Qafqaz müsəlmanlarının dini lideri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və bütün Rusiya Patriarxı Kiril arasında dinlərarası dialoq və əməkdaşlığın örnək nümunəsinin xüsusi əhəmiyyətini qeyd edib.

QMİ sədri öz növbəsində, bu münasibətlərə böyük dəyər verdiyini bildirərək, Rusiya Patriarxı Kirillə bu yaxınlarda Tatarıstanın paytaxtı Kazan şəhərində baş tutmuş görüşünü səmimiyyətlə xatırlayıb.

Görüşdə RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının mərhum Arxiyepiskopu Aleksandrın əziz xatirəsi yad olunub və onun Azərbaycan-Rusiya mənəvi əlaqələrinin inkişafına uzun illər ərzində verdiyi töhfələrin yüksək dəyərləndirildiyi vurğulanıb.

Səmimi keçən görüşün sonunda Şeyxülislam Allahşükür Paşazadə və diplomatik fəaliyyətini başa vuran səfir M.Boçarnikov qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi