QMİ sədri Özbəkistan prezidenti ilə beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizə məsələlərini müzakirə edib

QMİ sədri Özbəkistan prezidenti ilə beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizə məsələlərini müzakirə edib Allahşükür Paşazadə "İslam həmrəyliyi: Özbəkistan və Azərbaycan nümunəsində" konfransına qatılmaq üçün Daşkəndə gedib
Din
20 Oktyabr , 2017 10:07
QMİ sədri Özbəkistan prezidenti ilə beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizə məsələlərini müzakirə edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi Azərbaycanın nümayəndə heyəti Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Bu barədə "Report" Özbəkistan prezidentinin rəsmi saytına istinadən xəbər verir.

A.Paşazadə nümayəndə heyəti ilə birgə "İslam həmrəyliyi: Özbəkistan və Azərbaycan nümunəsində" konfransına qatılmaq üçün Daşkəndə gedib.

Görüş zamanı Özbəkistan dövlət başçısı belə forumların beynəlxalq əməkdaşlığın genişlənməsinə, cəmiyyətdə millətlərarası harmoniya və dini tolerantlığın güclənməsinə kömək göstərdiyini bildirib.

Onun fikrincə, bu cür tədbirlər həm də dinlərarası əlaqələri gücləndirmək və dünyada İslam həqiqətlərini təşviq etmək, eləcə də müasir çağırışlar və təhlükələrə, o cümlədən beynəlxalq terrorizm və ekstremizmə qarşı səmərəli addımlar atmaq üçün yararlıdır.

QMİ sədri öz növbəsində, qəbula görə Özbəkistanın dövlət başçısına minnətdarlığını bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin ən xoş arzularını çatdırıb.

Son xəbərlər

Orphus sistemi