QMİ sədri: "Dünya və ənənəvi dini liderlərin qurultayı qlobal dinlərarası dialoq üçün mühüm platformadır"

QMİ sədri: "Dünya və ənənəvi dini liderlərin qurultayı qlobal dinlərarası dialoq üçün mühüm platformadır" Qazaxıstan Qurultayı dünyanın nüfuzlu dini liderlərinin görüşləri üçün ənənəvi yüksək səviyyəli səhnə kimi iyirmi ildən artıqdır ki, beynəlxalq səviyyədə öz əhəmiyyətini təsdiqləyən qlobal dinlərarası dialoq platformasıdır.
Din
11 Oktyabr , 2023 08:57
QMİ sədri: Dünya və ənənəvi dini liderlərin qurultayı qlobal dinlərarası dialoq üçün mühüm platformadır

Qazaxıstan Qurultayı dünyanın nüfuzlu dini liderlərinin görüşləri üçün ənənəvi yüksək səviyyəli səhnə kimi iyirmi ildən artıqdır ki, beynəlxalq səviyyədə öz əhəmiyyətini təsdiqləyən qlobal dinlərarası dialoq platformasıdır.

“Report”un Astanaya ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasının iclasında bildirib.

“Bu Qurultayın müstəsna önəmi ondan ibarətdir ki, o, dini liderlərin siyasi və ictimai xadimlərlə görüşləri üçün daimi fəaliyyətdə olan platformadır. Yaradıcılığı və davamlı mövcudluğunu təmin edən Qazaxıstan dövlətinə və onun müdrik siyasi rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Qazaxıstan inamla tərəqqi və mənəvi inkişaf yolu ilə gedir. Ölkənin mədəni-mənəvi irsinin inkişaf etdirilməsi, həmçinin siyasi və iqtisadi sahələrdə böyük işlər görülür, mühüm layihələr və təşəbbüslər həyata keçirilir. Biz əminik ki, Qazaxıstan dinlərarası və sivilizasiyalararası dialoqun inkişafı prosesində bundan sonra da fəal rol oynayacaq”, - QMİ sədri vurğulayıb.

O, Astana Qurultayının Katibliyinin bugünkü iclasının yüksək səviyyədə keçirilməsinə və qonaqpərvərliyə görə Qazaxıstan tərəfinə təşəkkür edib.

“Biz Astanada keçiriləcək növbəti qurultaya hazırlıqla bağlı Katibliyin irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyirik və onların həyata keçirilməsinə töhfə verməyə hazır olduğumuzu bildiririk. Bununla əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsi daha əvvəl Katibliyə öz və “2023-2033-cü illər üçün Dünya və ənənəvi din liderlərinin inkişaf Konsepsiyası” layihəsi üzrə təkliflərini təqdim etmişdi”, - A. Paşazadə əlavə edib.

Son xəbərlər

Orphus sistemi