​QMİ cənub bölgəsində azanın müəyyən edilən vaxtdan tez verilməsi məsələsinə aydınlıq gətirib

​QMİ cənub bölgəsində azanın müəyyən edilən vaxtdan tez verilməsi məsələsinə aydınlıq gətirib Ağasəid Yaqubov: "İmsak vaxtı sübh namazından 15 dəqiqə əvvəl azan verilməsi insanlara qida qəbulunu dayandırmaları üçün xəbərdarlıq məqsədi daşıyır"
Din
10 İyun , 2016 10:26
​QMİ cənub bölgəsində azanın müəyyən edilən vaxtdan tez verilməsi məsələsinə aydınlıq gətirib

Bakı. 10 iyun. REPORT.AZ/ "İmsak vaxtı sübh namazından 15 dəqiqə əvvəl azan verilməsi insanlara qida qəbulunu dayandırmaları üçün xəbərdarlıq məqsədi daşıyır".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı Ağasəid Yaqubov bildirib.

O, cənub bölgəsindəki məscidlərdə azanın QMİ-nin təyin etdiyi vaxtdan daha tez verilməsi ilə bağlı sualı cavablandırarkən belə halların mümkün olduğunu deyib: "Ərəblərin yaşadıqları bölgələrdə, eləcə də digər müsəlman ölkələrində də imsak vaxtı, sübh azanından bir neçə, bəzən 15 dəqiqə əvvəl azan verilməsi halları olur. Bu da insanları xəbərdar etmək məqsədi daşıyır. Yəni insanların qida qəbulunu dayandırmaları üçün azan verilir. Bu səbəbdən bəzən bölgələrimizdə insanların imsak vaxtının bitdiyini bilmələri üçün azan verilir. Çünki hər kəsin əlində təqvim olmur və onlar məsciddə verilən azanla hərəkət edirlər. Ona görə də məsciddə olan din xadimlərimiz bəzən iki azan verirlər".

A.Yaqubov bildirib ki, insanlar imsakla sübh namazı azanının vaxtını dəqiqləşdirməlidirlər: "Onlar birinci verilən azanla qida qəbulunu saxlamalı, amma namazlarını sübh azanı ilə qılmalıdırlar". 

Son xəbərlər

Orphus sistemi