Bakı. 16 yanvar. REPORT.AZ/
İdarədən "Report"a verilən məlumata görə, bəyanatda deyilir:
"Azərbaycan xalqına qarşı dəhşətli cinayət - tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olunmuş Qanlı yanvar faciəsinin 29-cu ildönümü ərəfəsindəyik. Şəhidlərimizin əziz xatirəsi qarşısında illərdən bəri ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qüruru, qan yaddaşımızı əsrlər belə silmək iqtidarında deyil. Azərbaycan dövlətçilyinin bərpası uğrunda qurban getmiş, Allah-təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara xalqımızın ehtiramı tükənməz, əbədidir.
Qan yaddaşımızda əbədi yaşayacaq 20 Yanvar günü bütün faciəsi ilə yanaşı xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. 20 Yanvar bizi müstəqilliyə, milli-mənəvi və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta dövləti varlığı şübhə altında olduğu bir vaxtda bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi
O zamankı ölkə rəhbərlərinin ictimai-siyasi vəziyyəti düzgün dəyərləndirə bilməməsi, səriştəsizliyi səbəbindən lazımi qiymətini almamış 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Parlamentində verildi. Qafqaz Müsəlmanları İdarəsi, öz növbəsində, qanlı hadisələrin ilk günündən var qüvvəsi ilə çalışdı ki, Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət insaniyyətə qarşı yönəldilən amansız cinayət tədbiri kimi qiymətləndirilsin. Bu məqsədlə İdarə dünya parlamentlərinə, dini liderlərə və dövlət başçılarına xüsusi müraciət ünvanladı və bu müraciət beynəlxalq aləmdə böyük rezonans doğurdu.
Azərbaycan xalqının tam mənəvi haqqı vardır ki, öz qatillərini- Bakıda baş verən qırğın fərmanına şəxsən qol çəkmiş M. Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin, beynəlxalq qanunlar zəminində canilərin qəddarlığı, riyakarlığı, vəhşiliyi, əsl niyyətləri dünya ictimaiyyətinə tam şəkildə açılsın. İnsanlığa qarşı ağır cinayətlər sırasında Azərbaycan xalqına qarşı kütləvi terror - 20 Yanvar cinayətinin törədilməsində sovet ordusunun tərkibində Bakıya yeridilmiş erməni cəlladlarının amansızlığı xüsusən qeyd olunmalıdır. Təəssüflər olsun ki, dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşıldığından, bəzi ölkələr və beynəlxalq təşkilatlar susmağa üstünlük verdiklərindən Xocalı soyqırımı kimi qətliamlar baş verir.
Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı vardır. Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız vardır. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. Biz, din xadimləri, münaqişənin dinc danışıqlar, ədalətli sülh yolu ilə həlli üçün dualar edirik. Bununla yanaşı, Qarabağda Cocuq Mərcanlı, Lələtəpə, Naxçıvanda Günnüt qələbələrimiz bizi əmin edir ki, Allahın köməyi və möhtərəm Prezidentimiz, Ali Baş Komandan
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və milli müstəqilliyi ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir: "Şəhidlik imanın, vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir, çünki şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxırlar".
Dini mərkəz olaraq 20 Yanvar günü bütün məscidlərdə və dini mərasimlərdə bu bəyanatın mətninin oxunmasını, Qarabağ, 20 Yanvar həqiqətləri barədə moizələr edilməsini, əziz şəhidlərimizin xatirəsini Quran ayələri, dualarla yad etməyi vacib sayırıq. Uca Allahın Qurani-Kərimdə ölməz, cənnətməkan buyurduğu şəhidlərimizin ruhları şad olsun! Allah-Təala şəhidlərimizə rəhmət eləsin!".