Bakı. 9 may. REPORT.AZ/
Şeyxülislam həmçinin 9 may qələbə günündə şəhid olanların da xatirəsini yad edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
AMEA-nın Tarix İnstitutunun direktoru, deputat Yaqub Məmmədov bildirib ki, Qafqaz dünyanın elə bir məkanıdır ki, böyük dövlətlərin, beynəlxaq güc mərkəzlərinin gözü burada olub və həmişə Qafqazı qarışdırmağa çalışıblar: "Amma burada sabitliyi yaradanlar olub. Həm siyasi, həm də dini baxımdan onlar Qafqazdakı sabitliyi qoruyub saxlayıblar. Azərbaycan Qafqazda sabitlik məkanıdır. Təəssüf ki, dünyanın bəzi yerlərində İslamı lağa qoyurlar, aranı qarışdırmaq istəyirlər. Ancaq Azərbaycanda sabitlik olduğundan bu mümkün deyil. Heydər Əliyev Azərbaycana qayıdışı zamanı hər şeyə Bibiheybətdən başladı. Bu da onun dinə olan ehtiramından irəli gəlirdi. Prezident İlham Əliyev bu gün ulu öndərin işlərini, irsini uğurla davam etdirir. Gələckdə başa düşəcəyik ki, bu dünyanın ən böyük xadimlərinin içərisində Heydər Əliyev ən böyük yeri tutur. Hər bir dövlət xadiminin arxasında kimsə dayanır. Ancaq Heydər Əliyevin yanında milyonlarla Azırbaycan xalqı vardı. Heydər Əliyev İslam dünyasını qorudu. Onun kimi İslamı qoruyan ikinci bir dövlət xadimi yoxdur".